"Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp komandada ciddi dəyişiklik edəcək.
Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis icarə əsasında Bournemouth-da çıxış edən Natanyel Klayn geri qaytarmayacaq. Ehtiyatda oturmaq istəməyən Alberto Moreno yola salınacaq. Daniel Starric etimadı doğrulda bilməyib. Tez-tez zədələnən Adam Lallana gücünü başqa komandada sınamaq fikrindədi. Həmçinin Simon Minyole, Divok Oriqi, Joel Matip, Ovimomo Ejaria, Çirivella və Marko Qruiç də "qırmızılar"la vidalaşacaq.