"Məqsəd qələbə idi. Heç-heçə bizim üçün gözlənilməz nəticədi".
Sportarena.az xəbər verir ki, bunu "Neftçi"in baş məşqçisi Roberto Bordin deyib .
Premyer Liqanın XXIV turunda səfərdə "Səbail" ilə 2:2 hesablı heç-heçə edərək zirvəni "Qarabağ”a verən "ağ-qaralar”ın çalışdırıcısı oyunsonrası mətbuat konfransında görüşü dəyərləndirib:
"İlk hissədə üstün göründük. Hesabda 1:0 öndə olanda ikinci qolu vurmağa çalışırdıq".
Baş məşqçi 72-ci dəqiqədə zədələnən hücumçu Mirabdulla Abbasovun əvəzinə müdafiəçi Tural Axundovu oyuna qoşmasına aydınlıq gətirib:
"Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. Çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamiyasının qolları çılğınlıqla qeyd etəsinə siz şərh verə bilərsiniz. Biz ilk dəqiqələrdən sona qədər qələbə haqda düşünürdük. Rəqib yaxşı müdafiə olunurdu".
Baş məşqçi Emin Mahmudovun yoxluğunun hiss olunduğunu vurğulayıb: "Eminin yoxluğu təbii ki, hiss olundu. O, komandanın lideridi, rəmzidi".
Bordin "Neftçi"nin qorxaq futbol sərgiləməsi ilə bağlı iradı qəbul etməyib: "Komandam titula layiqdi. Qorxaq futbol sərgiləmir. İllərdi futbolun içindəyəm. Köməkçi də olmuşam, baş məşqçi də işləmişəm. Biz ikinci yer üçün mübarizə aparmırıq. Sona qədər də çempionluq mübarizəsini sürdürəcəyik".