“Qarabağ” rekordçudur

14:44 15 Aprel 2019

“Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə 5-ci böyük hesablı qələbəsini qazanıb.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri əvvəlki turlarda “Qəbələ”ni 4:1, “Keşlə”ni 5:1, “Zirə” və “Sumqayıt”ı eyni – 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.
 

Əyalət klubu bu göstəricidə mövsümün rekordçusudur. 13 belə nəticə 6 komandanın hesabına yazılıb. “Qarabağ”dan başqa, “Neftçi”, “Səbail” və “Keşlə” hərəyə 2, “Sumqayıt”la “Qəbələ” hərəyə 1 böyük hesablı qələbə qazanıb. 5-ci dəfə ağır məğlubiyyət alan “Sabah” antirekordçudur. “Səbail”, “Sumqayıt”, “Keşlə” hərəyə 2, “Zirə” və “Qəbələ” hərəyə 1 dəfə üç və ya daha çox top fərqilə uduzub.
 

Mövsümdə 5-ci böyük hesablı qələbə “Qarabağ”a ilk dəfə turu lider kimi başa vurmaq imkanı yaradıb. Sonuncu dəfə çempion olduğu ötən mövsümdə 1-ci pillədə qərarlaşan ağdamlılar cari turnirdə zirvədə qərarlaşmamışdı. II turda ilk pilləyə yüksələn “Neftçi” isə ardıcıl 22 tur qərarlaşdığı mövqeni əldən verib.


Digər xəbərlər

Xəbər xətti