Hasan Şaşa ayaqqabı atıldı, ara qarışdı - FOTOLAR

15:02 15 Aprel 2019

Türkiyə Superliqasının 28-ci turunda keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyunundan öncə gərginlik yaşanıb.

 

Sportarena.az xəbər verir ki, matçdan əvvəl meydana girən “sarı-qırmızılar”ın məşqçisi Hasan Şaşa tribunadan ayaqqabı və su şüşəsi atılıb. Meydan sahiblərinin azarkeşləri onun tribunalara tərəf baxmasından sonra daha da əsəbiləşiblər.Bunu görən “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl meydana girərək Hasan Şaşın soyunub-geyinmə otağına yollanmasını tələb edib. 

 

Nəticədə onlar arasında gərginlik yaşanıb. Daha sonra digər futbolçular aranı sakitləşdirib. 



Digər xəbərlər

Xəbər xətti