Çempion Bakı haqqında danışdı: "Yolları xoşuma gəlir"

17:17 15 Aprel 2019

“Son iki mövsümdə problemlərlə qarşılaşmağıma baxmayaraq, Bakı trası xoşuma gəlir”.

 

Sportarena.az xəbər verir ki, bunu “Sky Sports”a “Formula 1” üzrə beşqat dünya çempionu, mövsümün Çin və Bəhreyn Qran-prisinin qalibi Lüiz Hemilton deyib.

 

Almaniyanın “Mercedes” komandasının pilotu bildirib ki, Bakıda bu dəfə daha yaxşı uğur qazanmaq istəyir: "Bakıda əvvəlkindən də yüksək nəticəyə nail olmaq istəyirəm. Ötən mövsüm bəxtim gətirdi və orada qalib gəldim. Halbuki maşınımın sürəti kifayət deyildi. Bakıda komanda yoldaşım Valtteri Bottasın və “Ferrari”nin sürətli olacağını düşünürəm”.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26-28 aprel tarixlərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti