Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir.
Sportarena.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Rəqib Ukrayna yığması olub. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə nəticələnib.
Komandamızın heyətində Asif Zeynalov, Sabir Allahquliyev və Comərd Baxşəliyev fərqlənib.