Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Sportarena.az ona.az-a istinadən xəbər verir ki, yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq.6 ay əvvəl Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın “sükanı arxasına” qayıdıb.
Qeyd edək ki, F.Qarayev Azərbaycan Voleybol Federasiyasında 1-ci vitse-prezident vəzifəsində çalışır.