I Divizion: MOİK səfərdə, "Kəpəz" evdə məğlub oldu

20:00 17 Aprel 2019

I divizionda XXIII turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün iki oyun baş tutub. Ötən tur Premyer Liqaya vəsiqəni rəsmiləşdirən MOİK səfərdə "Neftçi-2"yə uduzub - 1:4. "Kəpəz" isə evdə "Sumqayıt-2"yə 1:3 hesabı ilə yenilib.

 

Qeyd edək ki, bu gün keçirilməli olan "Zaqatala” - "Qarabağ-2” oyunu güclü yağış səbəbindən təxirə salınıb. Görüşün tarixi açıqlanmayıb.

 

 

I divizion

2018/19 mövsümü

II dvrə, XXIII tur

 

17 aprel

Kəpəz - Sumqayıt-2 1:3

Qollar: Fərid Məmmədov, 12 - Fərid Bayramov, 55 (avtoqol). Baxşəli Baxşəliyev, 76. İsmayıl Babayev, 84.

 

Neftçi-2 - MOİK 4:1

Qollar: Elnur Süleymanov, 8; 11; 62. Əlibəy Məmmədli, 84 - Raul Yaqubzadə, 44-pen.


Digər xəbərlər

Xəbər xətti