"Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur" - "Qarabağ"ın müdafiəçisi

17:10 19 Aprel 2019

“Çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm. Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur".
 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib.


Premyer Liqamızın son turunda "Keşlə" ilə görüşdə Ağdam klubunda 400-cü matçına çıxan millimizin üzvü yubileyi ilə bağlı fikirlərini bölüşüb. O, bu rəqəmi artırmaq istədiyini bildirib: 

 

"13 ildir eyni komandada çıxış edirəm. Çox sevindirici bir haldır. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası da formanı versəydi, sevinərdim, amma bu tam fərqli bir hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacağam ki, “Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm (gülür). İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.  


Digər xəbərlər

Xəbər xətti