Ramil ,Şeydayev 68 dəqiqə oynadı, komandası uduzdu

21:17 20 Aprel 2019

Rusiya Premyer Liqasında XXIV turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” Moskva "Dinamo"sunun qonağı olub. Oyun Moskva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ramil Şeydayev bu görüşdə start heyətdə meydana daxil olub və 68-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Krılya Sovetov” hazırda  27 xalla 12-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti