“Yuventus” və Kritşiano Ronaldo adını dünya futbol tarixinə yazdırıb.
Sportarena.az xəbər verir ki, İtaliya Liqası çərçivəsində “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələn turinlilər ardıcıl 8-ci çempionluqlarını qazanıblar.Beləliklə, “Yuventus” 5 böyük Avropa liqasında ardıcıl 8 dəfə çempion olan ilk komanda statusunu qazanıb. Bu qələbə ilə həm də “Lyon”un 2001/02-2007/08 mövsümlərindəki rekordları tarix olub.
“Yuventus” liqanın bitməsinə 5 həftə qalmış çempionluğunu qeyd edərkən komandanın portuqaliyalı ulduzu Kriştiano Ronaldo da yeni bir rekorda imza atıb. Mövsümün əvvəlində “Real”dan 117 milyona keçid edən Premyer Liqa, La Liqa və A seriyasında çempionluq yaşayan ilk futbolçu olaraq adını tarixə yazdırıb.
Qeyd edək ki, Ronaldo daha əvvəl 3 Premyer Liqa, 2 La Liqa çempionluğu yaşayıb. O, “Yuve” forması ilə 27 matça çıxıb, 19 qol vurub. 8 qolun isə məhsuldar ötürməsini edib.