Türkiyə Super Liqasında XXIX turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, lider "Başakşəhər" doğma meydanda "Rizəspor"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 62-ci dəqiqədə qonaq komandadan Vedat Muriç açıb. "Başakşəhər" 906-cı dəqiqədə Edin Visçanın penalti qolu ilə bərabərliyi təmi edib.
Bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran "Başakşəhər" ilk pillədəki yerini qoruyur. İkinci sıradakı "Qalatasaray" xal fərqini 3-ə endirib.