Fransa çempionatında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, PSJ sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Paris təmsilçisi bunu ən yaxın izləyicisi “Lill”i 19 xal qabaqlamaqla reallaşdırıb.
“Lil” səfərdə “Tuluza” ilə səfər oyununda qolsuz heç-heçə edib. Bununla da PSJ ardıcıl ikinci, ümumilikdə isə səkkizinci dəfə Fransa çempionu olub. PSJ isə öz matçında “Monako”nu 3:1 hesabı ilə məğlub edib. Bu matçda Kilian Mbape het-trik edib, rusiyalı Aleksandr Qolovin təsəlli qoluna imza atıb.