"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Topaz Premyer Liqasının XXV turunda "Zirə" ilə görüşdə zədələnən ukraynalı qolkiper 2-3 həftə oynaya bilməyəcək.
Belə ki, Bezotosnı kubokun "Qarabağ"la, çempionatın isə ən azı "Səbail" və "Neftçi" ilə oyunlarını kənardan izləyəcək.