Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə qadınlar arasında Avropa çempionatı başa çatıb.
Sportarena.az xəbər verir ki, çempionat millimiz üçün uğurlu alınıb. Komandamızın üzvü Türkan Məmmədyarova qitə birinciliyində yaxşı nəticə qazanaraq 2020-ci ilə qadınlar arasında Dünya Kubokunda iştirak hüququ qazanıb.
Bildirək ki, 11 turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparıb.