“Neftçi” ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “ağ-qaralar” aparıcı futbolçusu Kiril Petrovun xidmətindən məhrum olub. XXV turda “Sabah”la görüşün ilk dəqiqələrində zədə alan ukraynalı müdafiəçinin durumu gözləniləndən ciddi olub.
Mərkəz müdafiəçisi zədəsini sağaltmaq üçün 3-4 həftə gözləməlidir. Bu isə o deməkdir ki, Petrov üçün mövsüm başa çatıb. O, çempionatın son üç turunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Kiril Petrov cari mövsüm “Neftçi”nin heyətində 24 oyun keçirib.