“Qalatasaray”ın 10 yaşadək futbolçulardan ibarət komandası Belçikada keçirilən “Brussels Europan Football Cup” turnirində etdikləri hərəkətlə gündəmə gəliblər.
Sportarena.az xəbər verir ki, “sarı-qırmızılılar” yarışda iştirak edən digər Türkiyə təmsilçisi, əzəli rəqibləri olan “Fənərbaxça”nın 9 yaşadək ibarət komandasına dəstək göstəriblər. Onlar “Fənərbaxça”nın komandasına ““Fənər” buraya” şüarları ilə qələbəyə səsləyiblər. “Sarı –lacivərtlilər” də tribunaya yaxınlaşaraq “Qalatasaray”lılarla görüşüblər. (Qafqazinfo)