AFFA Tərlan Əhmədovu cəzalandırdı

15:00 23 Aprel 2019

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

“Qarabağ” – “Keşlə” matçında  “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

 

“Sabah” – “Neftçi” matçında  “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 56-cı dəqiqəsində “Sabah”ın futbolçusu Novruz Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti