Hər kəs ondan danışır: TARİXƏ DÜŞDÜ - VİDEO

15:30 24 Aprel 2019

Futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınan "Uotford" - "Sautqempton" matçında yeni rekord qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, qonaqların futbolçusu Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb.O, matçın 7-ci saniyəsində fərqlənib. Daha əvvəlki rekord 2008-ci ildə "Bredford"la matçın 9-cu saniyəsində vurğu qolla "Tottenhem"in sabiq futbolçusu Ledli Kinqə məxsus idi.

 

Qeyd edək ki, "Uotford" - "Sautgempton" matçı 1:1 hesabı ilə başa çatıb. Ev sahibləri 90-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas ola biliblər.

 

 


Digər xəbərlər

Xəbər xətti