Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatınlarında yarımfinal oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, U-14 Liqasında baş tutan cavab görüşlərindən biri maraqlı məqamla yadda qalıb. "Binə" və "Qəbələ" komandalarının qarşılaşmasında tribunalar dolu olub. Binə qəsəbə stadionunda keçirilən matçda 800-ə yaxın tamaşaçı və fan-klub üzvləri görüşü izləyiblər. Səfərdə 1-2 hesabı ilə məğlub olan qəsəbə təmsilçisi cavab oyununda 1-0 hesablı qələbəyə sevinərək finala keçib. Əyalət təmsilçisi son illər bütün finallarda iştirak etsə də, bu dəfə "Binə" səddini aşa bilməyib.
Qeyd edək ki, "Binə" klubu yalnız U-14 liqasında təmsil olunur. Komandanım bütün pley-off görüşləri dolu tribunalar önündə keçirilir.