“Bakı”nın sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.
Sportarena.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi danışılmış oyunlarda iştirak etdiyi üçün bu cəzaya məruz qalıb.
Qeyd edək ki, Karqbo 2010-2013-cu illərdə “Bakı”da çıxış edib. Syerra-leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa təmsilçisi “Dulviç Hamlet”də oynayıb.