İki ildən sonra: yenə yarımfinalda

11:50 25 Aprel 2019

Azərbaycan kubokunda mövsümün ilk qolsuz oyunu baş tutub.

 

Sportarena.az xəbər verir ki, yarımfinalın ilk görüşləri çərçivəsində baş tutan “Sumqayıt” – “Zirə” görüşü 0:0 hesabı ilə nəticələnib.

 

Bu qarşılaşmayadək keçirilən 13 oyunun hamısında qol qeydə alınıb. Ötən – 2017/18 mövsümündə də 0:0 hesabı qeydə alınmamışdı. Sonuncu dəfə belə hesaba 2016/17 mövsümündə, indiki kimi yarımfinalda təsadüf olunub.

 

“Qarabağ”la “Neftçi” arasında cavab oyununda qapılara qol vurulmayıb. 2017-ci il aprelin 5-də baş tutan həmin matçdan 748 gün sonra kubok görüşü qolsuz yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti