Türkiyə kubokunda sonuncu finalçı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Malatyaspor"a 5:2 hesabı ilə qalib gəlib və finala yüksəlib. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə yekunlaşmışdı. Beləliklə, İstanbul təmsilçisi tarixində 23-cü dəfə adını kubokun finalına yazdırıb.
"Cim-Bom" həlledici görüşdə turnirin son qalibi "Akhisarspor"la qarşılaşacaq. Mat mayın 16-ı Sivasda oynanılacaq.