Bu gün pilotlar Bakıda ilk yarışa çıxacaqlar

09:44 26 Aprel 2019

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.

 

Sportarena.az xəbər verir ki, şəhər trasında bolidlərin sərbəst yürüşü baş tutacaq.

 

Qeyd edək ki, trasın uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

 

Bakıda sayca 4-cü dəfə keçirilən yarış aprelin 28-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti