"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, ukraynalı qapıçı Dmitri Bezruk bundan sonra "Sabah”ın uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.
Ukraynanın "Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.
Bezruk "Sabah”da 32 nömrəli formada çıxış edəcək.