Almaniya KİV-ləri Formula 1 Azərbaycan Qran-Prisindən yazır

13:53 26 Aprel 2019

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi Almaniyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

 

Sportarena.az xəbər verir ki, “Speed-magazine” idman jurnalının internet səhifəsində dərc edilən məqalədə Formula 1 Azərbaycan Qran-Prisinin digərlərindən çox fərqləndiyi, Bakı Şəhər Halqasının Formula 1 təqvimində ən uzun və ən sürətli marşruta malik olduğu bildirilir. Altı min metrdən çox uzunluğa malik halqada çətin döngələrin və maksimal sürəti toplamaq üçün düz yolun olduğu vurğulanır.

 

“Motorsport” idman jurnalının internet səhifəsində dərc edilən məqalədə Formula 1 Azərbaycan Qran-Prisinin çox həyəcanverici olduğu qeyd edilir. Bakı Şəhər Halqasının döngələri ilə yadda qaldığı bildirilir. Məqalədə “Red Bull” komandasının pilotlarının Bakı Şəhər Halqasına dair fikirlərini əks etdirən videoçarx yerləşdirilib.

 

“Augsburger Allgemeine” qəzetinin saytında dərc edilən məqalədə də Bakı Şəhər Halqası haqqında məlumat verilir.

 

Eyni məzmunlu məqalələr Almaniyanın “Berliner Morgenpost”, “Speedweek”, “Badische Neueste Nachrichten”, “Motorsport Magazin”, “Motorsport Total”, “Rheinpfalz” və digər qəzet və jurnallarında da dərc olunub.


Digər xəbərlər

Xəbər xətti