I Divizion: "Qarabağ" və "Sumqayıt"dan 5 qolluq qələbə

17:45 26 Aprel 2019

I divizionda XXIV turun oyunları keçirilib. 

 

Sporarena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub və eyni saatda start götürüb.Premyer Liqaya vəsiqəni təmin etmiş MOİK doğma meydanda "Zaqatala"dan üstün olub - 2:1. "Qarabağ-2" "Qaradağ Lökbatan"a, "Sumqayıt-2" "Turan Tovuz"a 5:1 hesabı ilə qalib gəlib.

 

"Neftçi-2" "Keşlə-2"ni, "Şüvəlan" "Zirə-2"ni 1:0, "Ağsu" "Sabah-2"ni 2:1, "Səbail-2" "Kəpəz"i 2:0 hesabı ilə yenib.

 

 

I divizion

2018/19 mövsümü

II dövrə, XXIV tur

 

26 aprel

Neftçi-2 - Keşlə-2 1:0

Qol: Mirkamil Əliyev, 26.

 

MOİK - Zaqatala 2:1

Qollar: Cavidan Rəhimli, 3. İbrahim Qədirzadə, 83 - Maqsud Ələkbərov, 37.

 

Qarabağ-2 - Qaradağ Lökbatan 5:1

Qollar: Con Delarj, 2. Elvin Cəfərquliyev, 16. İsmayıl İbrahimli, 37. Musa Qurbanlı, 55. İlkin Abdullayev, 63 (avtoqol) - Camal Camalov, 25.

 

Ağsu - Sabah-2 2:1

Qollar: Qalib Əmrahov, 29-pen. Elnur Səmədov, 90 - Emil Qasımov, 70.

 

Səbail-2 - Kəpəz 2:0

Qollar: Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 86-pen.

 

Sumqayıt-2 - Turan Tovuz 5:1

Qollar: Elvin İsmayılov, 36. Yusif Cəfərov, 44. Məhəmməd Alıyev, 83-pen; 88. Ricat Qarayev, 90+4 - Ravil Yusifli, 53.

 

Şüvəlan - Zirə-2 1:0

Qol: Murad Hüseynov, 38.


Digər xəbərlər

Xəbər xətti