Məhəmməd Salah "Liverpul"un tarixinə düşüb

12:00 27 Aprel 2019

Məhəmməd Salah "Liverpul"un tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, misirli ulduz komandasının "Huddersfild"i 5:0 hesabı ilə yendiyi matçda rekord müəllifi olub.

 

Belə ki, Salah "Liverpul" forması ilə 100 oyunda ən çox qol vuran futbolçu olub. O, 100-cü oyununda dubl edərək qollarının sayını 69-a çatdırıb və bununla da adını tarixə yazdırıb.

 

Bu rekord indiyədək Sam Raybuld və Rocer Hunta məxsus idi. Onlar 100 oyunda 68 qol vurub.


Digər xəbərlər

Xəbər xətti