Arda Turan 14 ildə ilk dəfə

00:11 28 Aprel 2019

Futbol üzrə Türkiyə yığmasının sabiq üzvü Arda Turan karyerasının ən uğursuz mövsümünü geridə qoymaq üzrədi.

 

Sportarena.az xəbər verir ki, hazırda “Başakşəhər”də forma geyinən 32 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 16 oyunda qol vurmaması ilə diqqət mərkəzinə düşüb.O, bu oyunlardan 9-da start heyətdə meydana çıxıbsa, qalan görüşlərdə sonradan mübarizəyə qoşulub. Arda həmin oyunların heç birində rəqib qapısına yol tapmamaqla karyerasının antirekordunu müəyyənləşdirib. Belə ki, Turan 14 illik karyerası ərzində ilk dəfə mövsümü qol vurmadan başa çatdıracaq. 

 

Arda mövsümün qalan hissəsində meydana çıxmayacaq. Buna səbəb onun hazırda zədədən əziyyət çəkməsidi.

 

Onu da qeyd edək ki, Arda cari mövsümdə meydanda olduğu 800 dəqiqə ərzində cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Türkiyə millisinin sabiq üzvü karyerası ərzində şərəfini qoruduğu “Manisaspor”, “Qalatasaray”, “Atletiko” (Madrid) və “Barselona” klublarında heç vaxt mövsümü qolsuz başa vurmamışdı.


Digər xəbərlər

Xəbər xətti