Almaniyanın II Bundesliqasında XXXI turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" doğma meydanda "Bohum"la qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb."Aue"yə qələbə gətirən qolu Nazarov vurub. 75-ci dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 90+4-cü dəqiqədə penaltidən fərqlənməklə, komandasına vacib 3 xal qazandırıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran "Aue" autsayderlər qrupundan uzaqlaşaraq, 13-cü pilləyə yüksəlib. "Bohum" isə 39 xalla 10-cu pillədə qərarlaşıb.