Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi Valtteri Bottas (“Mercedes”) qələbəsini şərh edib.
Sportarena.az Azərtac-a istinadən xəbər verir ki, o, finişə birinci çatdığı üçün şad olduğunu bildirib:
“Liderlər qrupunda o qədər də çox hadisə baş vermirdi, amma yürüş mürəkkəb idi. Luis daim mənə pressinq göstərirdi. Mən səhv edə bilməzdim və vəziyyəti daim nəzarət altında saxladım. Bu uğur bizim üçün çox əhəmiyyətlidir. Komanda əla nəticələr əldə edir. Mən həmişə komanda yoldaşlarıma deyirəm: fəxr edirəm ki, bu komandada çıxış edirəm. Biz hamımız əla işləyirik. Mənim beşinci dəfə qələbə qazanmağım əladır. Hər şey möhtəşəm şəkildə davam edir”.