Rusiya Premyer Liqasında XXVI turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” "Zenit”in qonağı olub. Qarşılaşma Sankt-Peterburq təmilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətdə başlayan Ramil 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini komanda yoldaşı Serqey Tkaçuk qolla tamamlayıb. Lakin Şeydayev matçı bitirə biləməyib. Belə ki, futbolçumuz 78-ci dəqiqədə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 57-yə çatdıran "Zenit" liderliyini qoruyub. "Krılya Sovetov" isə 27 xalla 13-cüdü.