"Qarabağ"da ağır itki

22:50 28 Aprel 2019

Topaz Premyer Liqasının XXVI turunda 3 futbolçu cəzalı duruma düşüb.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"dan Abdullah Zubir, "Səbail"dən Ağabala Ramazanov, "Keşlə"dən isə Tərlan Quliyev sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 4-cü sarı vərəqəni alan hər 3 futbolçu XXVII turda meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, "Qarabağ" növbəti turda "Səbail"i qəbul edəcək. "Keşlə" isə doğma meydanda "Zirə" ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti