İtaliya A seriyasının 34-cü turunda “Napoli” ilə “Frozinone” qarşılaşıb.
Sportarena.az xəbər verir ki, görüş meydan sahiblərinin belçikalı hücumçusu Dirs Mertens üçün əlamətdar olub.Belə ki, qarşılaşmada hesabı açan belçikalı oyunçu Neapol klubundakı qollarının sayını 81-ə çatdırıb. Bununla da əfsanəvi Dieqo Maradonaya çatan Mertens klubun ən çox qol vurmuş oyunçuları sıralamasında 3-cü pilləyə qalxıb.
İlk iki pillədə isə Antonio Voyak (102 qol) və Marek Hamşik (100 qol) qərarlaşıb.