Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Kayserispor” – “Alanyaspor” matçından evinə qayıdan qonaqların futbolçularını daşıyan avtobus aşıb.
Sportarena.az xəbər verir ki, hadisə nəticəsində biri ağır olmaqla 7 futbolçu xəsarət alıb.Ağır yaralı çexiyalı Jozef Sural xəstəxanaya yerləşdirilib. Futbolçunun xanımı körpəsi ilə təcili klinikaya gəlib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəyə səbəb sürücünün sükan arxasında yatması olub.Qəzada yaralanan digər oyunçular isə Stiven Koker, Kampuş Calma, Baiano, Papiss Sisse, İsaak Seki və Vellintondur. Onların vəziyyəti normaldır.