“Messi oynamasa, şanslar bərabərləşər” - “Tottenhem”in baş məşqçisi

11:39 30 Aprel 2019

““Tottenhem”də arzularımızı yaşayırıq. Çempionlar Liqasının yarımfinalı bir xəyaldır”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Mauritsio Poçettino Çempionlar Liqasının yarımfinalı çərçivəsində bu gün “Ayaks”a qarşı keçirəcəkləri matçdan əvvəl deyib. 

 

O bildirib ki, bütün xəyalları, arzuları kənara qoyub oyuna köklənmək lazımdır: “Hər şeyi bir kənara qoymaq lazımdır. Oyuna motivasiya olmaq lazımdır. Bütün olanlar 5 il əvvəl bizim üçün yuxu idi. Amma hazırda bu yuxunu reallıqda yaşayırıq”. 

 

Argentinalı mütəxəssis komandasının sürətli futbol oynadığını bildirib: “Sürətli komandayıq. Biz hər şey edə bilərik, sürprizlərə də imza atmağa qadirik”.

 

Poçettino ÇL-in favoritinin adını da açıqlayıb: “Çempionlar Liqasında tarazlığı Lionel Messinin olması pozur. Onun olduğu komanda daim favoritdir. Əgər Messi oynamasa, bütün komandaların şansı bərabərləşər. Bu cür yüksək səviyyəli futbolçu ilə oynamaq sadəcə qalib olmaq ehtimalını artırır”.


Digər xəbərlər

Xəbər xətti