Rusiya klubu azərbaycanlı futbolçulara müqavilə təklif edir

13:00 30 Aprel 2019

Rusiyanın "Krılya Sovetov" klubu Ramil Şeydayevi heyətində saxlamaq istəyir.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klubu millimizin üzvünə yeni müqavilə təklif etməyə hazırlaşır. "Krılya Sovetov" həmçinin Azərbaycan əsilli Aleksandr Səmədov və rusiyalı hücumçu Maksim Kanunnikova da yeni müqavilə təklif edəcək. Klub rəhbərliyi mövsüm bitən kimi adıçəkilən futolçularla danışıqlar masasına oturacaq.

 

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib. O, ötən yay müqavilə ilə məxsus olduğu "Trabzonspor"dan "Krılya Sovetov"a keçib. O, cari mövsümdə meydana çıxdığı 19 rəsmi matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti