Azərbaycanda iki voleybol klubu fəaliyyətini dayandırdı

14:10 30 Aprel 2019

Azərbaycanda iki voleybol klubu fəaliyyətini dayandırıb. 

 

Sportarena.az xəbər verir ki, "Abşeron” və "Lokomotiv” komandaları ləğv olunmaları ilə bağlı Vergilər Nazirliyinə müraciət edib. 

 

Qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanına bildirə bilərlər.

 

"Abşeron” yalnız qadın voleybolçular arasında keçirilən Super Liqada çıxış edirdisə, "Lokomotiv” həm qadınlar, həm də kişilər arasında baş tutan ölkə çempionatında mübarizə aparıb. 

 

Bu mövsüm 4 komanda arasında oynanılan Super Liqada "dəmiryolçular” ikinci olduğu halda, "Abşeron” bürünc medal qazanıb. 

 

Kişi voleybolçulardan ibarət "Lokomotiv” klubu isə son 3 mövsümdə Azərbaycan çempionu tituluna yiyələnib. Onlar ölkəmizi "Çelenc Cup"da da təmsil ediblər.

 

Qeyd edək ki, hər iki komanda 2016-cı ildə yaradılmışdı. (ONA)


Digər xəbərlər

Xəbər xətti