AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Ağsu” – “Sabah-2” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 27-ci dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.
“Sumqayıt-2” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.