Təbrizin "Traktorsazi" klubu İran çempionatının XXVIII həftəsində turnirin ən prinsipial görüşlərindən birini keçirib.
Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin hazırkı lideri olan Tehranın "Persepolis” komandasını qonaq edib. Görüş mayın 1-də, Bakı vaxtilə saat 17.30-da başlayıb və Təbrizin "Səhənd” stadionunda keçirilib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Traktorsazi" 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.