"Neftçi" U-15 Liqasında çempion oldu

10:00 1 May 2019

"Neftçi”nin U-15 komandası U-15 Liqasının çempionu olub.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar” sonuncu turda "Zaqatala” ilə qarşılaşmalı idi. Lakin rəqib komanda oyuna gəlmədiyinə görə, AFFA-nın İntizam Komitəsinin bugünkü qərarına əsasən "Neftçi”yə 3:0 hesablı texniki qələbə verilib. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri "Qəbələ” ilə eyni sayda (69) xal toplasa da, şəxsi oyunlardakı üstünlüyə görə (0:0, 3:2) çempionluğa layiq görülüb.

 

Mayın 3-də qızıl medallarla mükafatıandırılacaq "Neftçi” bu mövsüm U-15 Liqasında 26 oyundan 22-də qələbə qazanıb, 3-də heç-heçə edib, 1-də isə məğlub olub. Rəqib qapılarından 118 top keçirən "ağ-qaralar” öz qapısından 16 top buraxıb. Komandanın üzvü Oruc Məmmədov isə 45 qolla çempionatın ən yaxşı bombardiri olub.


Digər xəbərlər

Xəbər xətti