Nurməhəmmədov cəzası bitdikdən sonra bu idmançı ilə döyüşəcək

10:25 1 May 2019

UFC döyüşçüsü Həbib Nurməhəmmədovun növbəti rəqibi məlum olub.

 

Sportarena.az oxu.az – a istinadən xəbər verir ki, onun rəqibi müvəqqəti çempion, amerikalı Dastin Porye olacaq.Bu görüş sentyabrın 7-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək UFC 242 turniri çərçivəsində baş tutacaq.Xəbəri Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da təsdiqləyib.

 

Qeyd edək ki, 25 qələbə, 5 məğlubiyyəti olan Dastin Puarye aprelin 13-də Maks Holoveyi məğlub edərək müvəqqəti çempionluq qazanıb. Onun daimi çempion olması üçün UFC-nin məğlubedilməz çempionu Nurməhəmmədovu da məğlub etməsi lazımdır.

 

Onu da bildirək ki, Konor Makqreqorla döyüşdən sonra Nevada ştatının Atletik Komissiyasının qərarı ilə yarışlardan doqquz aylıq kənarlaşdırılan Həbib Nurməhəmmədovun cəzası iyulun 6-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti