AFFA-nın qərarı ilə mövsümün sonunadək Region Liqasından kənarlaşdırılan “FC Baku” fəaliyyətini dayandırıb.
Sportarena.az xəbər verir ki, ötən ilin yayında yaradılan komanda federasiyadan gələn xəbər üzündən məşqlərinə ara verib. Paytaxt təmsilçisinin gələcəyi yenə baş futbol qurumunın yekun mövqeyindən asılıdı.
Yarımfinalda “FC Baku”nun rəqibi olan “Şahdağ” birbaşa finala yüksəlib. Qusar klubu mayın 5-də “Uğur”la üz-üzə gələcək. Sumqayıt komandasına 0:3 hesabıyla uduzmuş “Araz Naxçıvan” isə üçüncülük matçına çıxmadan bürünc medala yiyələnəcək (sportinfo.az).