Qazaxıstan Premyer Liqasında VIII turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol” bu turda "Ordabası”nı qəbul edib. 25 yaşlı qolkiper meydana start heyətində çıxıb və sonadək oynayıb.
Qarşılamada hesabı "Tobol" 78-ci dəqiqədə Azat Nurqaliyevin qolu ilə açsa da, 90+4-cü dəqiqədə rəqibin heyətində Toktar Canqılışıbay fərqlənib - 1:1.
Qeyd edək ki, bu heç-heçədən sonra xal hesabını 17-yə çatdıran "Tobol” ikinci sıradadı. Kostanay təmsilçisi bir oyun az keçirdiyi liderdən - "Astana”dan 8 xal geri qalır.