“Portu” futbol klubunun ispan qapıçısı İker Kasilyas infarkt keçirib.
Sportarena.az xəbər verir ki, 37 yaşlı qapıçının məşq zamanı halı pisləşib. Xəstəxanaya aparılan Kasilyasın infarkt keçirdiyi məlum olub.Həkimlər idmançının həyati təhlükəsinin olmadığını və vəziyyətinin getdikcə yaxşılaşdığını bildiriblər.