“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ürəyindən əməliyyat olunan “Portu”nun qapıçısı İker Kasilyasa şəfa diləyib.
Sportarena.az xəbər verir ki, Ronaldo İnstaqram hesabında Kasilyasla fotosunu paylaşaraq yazıb:
“Dostum, sənə çoxlu güc arzulayıram. Ümid edirəm, tezliklə sağalacaqsan”.
Qeyd edək ki, Kasilyas məşq zamanı ürəktutma səbəbindən xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib. Kasilyasın karyerasına son verəcəyi bildirilir.