Qəzada ölən futbolçunun forması əbədiləşdirildi

10:23 2 May 2019

Türkiyənin “Alanyaspor” klubunun qəzada ölən futbolçusu Jozef Suralın 90 nömrəli forması əbədiləşdirilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəhbərliyinin qərar verib.Qərara əsasən bundan sonra komandada heç bir oyunçu 90 nömrəli formanı geyinməyəcək.

 

Qeyd edək ki, “Kayserispor” - “Alanyaspor” matçından evinə qayıdan qonaqların futbolçularını daşıyan avtobus aşıb. Hadisə nəticəsində Sural ölüb, Stiven Koker, Kampuş Calma, Baiano, Papiss Sisse, İsaak Seki və Vellinton isə yaralanıb.


Digər xəbərlər

Xəbər xətti