Ramil Şeydayev: "Azərbaycan vətəndaşlığına görə peşman deyiləm"

15:58 2 May 2019

Ramil Şeydayev vətəndaşlığını dəyişdiyinə görə peşman olmayıb.

 

Sportarena.az xəbər verir ki, hazırda Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edən futbolçu bu varədə özü açıqlama verib.

 

"O vaxt da bildirmişdim, indi də eyni sözləri deyirəm: Rusiya "Zenit"ini tərk etməyimə və vətəndaşlığımı dəyişməyimə peşman deyiləm. Qiymətsiz təcrübə qazandım. Hər şey yaxşıdı" deyə Ramil bildirib.

 

Azərbaycan millisi barədə danışan 23 yaşlı hücumçu "AVRO-2020"nin seçmə mərhələsində güclü qrupa düşdüklərini bildirib: "Qrupumuzda Macarıstan Xorvatiyanı yendi, biz dünya vitse-çempionlarından az qala xal alacaqdıq. Unutmayaq ki, gələn Avropa çempionatının oyunları Bakıda da keçiriləcək. Bu səbəbdən, hər bir oyunda qələbə üçün oynamağa çalışırıq".


Xəbər xətti