“Sədərək” “Sabah”a sponsor oldu

16:15 2 May 2019

“Sabah” yeni sponsor müqaviləsi bağlayıb.

 

Sportarena.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzi bundan sonra paytaxt təmsilçisinin sponsorlarından olacaq.Müqaviləyə əsasən, ticarət mərkəzinin reklamları klubun rəsmi veb səhifəsi, sosial media hesabları ilə yanaşı, komandanın ev oyunlarını keçirdiyi “Əlincə Arena”nın müxtəlif yerlərində də əks olunacaq.
 

Bundan əlavə, əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təbliği və ölkə futboluna marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərədə tutulub.


Digər xəbərlər

Xəbər xətti