Azərbaycan kubokunun yarımfinal mərhələsində "Zirə"ni mübarizədən kənarlaşdıraraq, finala yüksələn "Sumqayıt"ı klub rəhbərliyi mükafatlandırıb.
Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, Premyer Liqanın 26-cı turunda “Neftçi” üzərində qələbəyə görə 1000 manat mükafat verən "gənclik şəhəri" təmsilçisinin rəhbərliyi finalın dəyərini 5000 manat civarında görüb.
"Qəbələ" - "Sumqayıt" finalı mayın 19-da Naxçıvanda keçiriləcək.